Avropa çempionatında 7 medal qazanan Azərbaycanın sərbəst güləşçiləri Vətənə qayıdıblar

Avropa çempionatında 7 medal qazanan Azərbaycanın sərbəst güləşçiləri Vətənə qayıdıblar
  • İdman

  • Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatında çıxış edən Azərbaycanın sərbəst güləş millisi Vətənə qayıdıb.

    Leqal.az report-a istinadən xəbər verir ki, idmançıları Heydər Əliyev adına hava limanında idman ictimaiyyəti, jurnalistlər və azarkeşlər qarşılayıblar.

    Qeyd edək ki, Azərbaycanın sərbəst güləş millisi U-17 Avropa çempionatında komanda sıralamasında ikinci yeri tutub. Yığmanın 10 üzvündən 7-si fəxri kürsüyə qalxıb. Cəfər Cəfərov (45 kq), Hacı Kərimov (55 kq), Camal Abbasov (60 kq) və Yusif Dursunov (110 kq) Avropa çempionu olublar. Seyhun Əlizadə (51 kq), Mirzəağa Axundov (65 kq) və İsmayıl Rəhimli (71 kq) isə üçüncü yeri tutublar.

    PAYLAŞ:

    Oxşar xəbərlər