Uruqvay dünya çempionu oldu

Uruqvay dünya çempionu oldu
  • İdman

  • 20 yaşadək futbolçular arasında dünya çempionatına yekun vurulub.

    Argentinada təşkil olunan yarışın finalında Uruqvay və İtaliya komandaları üz-üzə gəlib.

    Uruqvay 1:0 hesabı ilə qalib gələrək dünya çempionu olub. Matçdakı yeganə qolu 86-cı dəqiqədə Lusiano Rodriges vurub.

    Üçüncü yer uğrunda görüşdə isə İsrail və Cənubi Koreya komandaları qarşılaşıblar. 3:1 hesabı ilə qalib gələn İsrail bürünc medalları qazanıb.

    PAYLAŞ:

    Oxşar xəbərlər