UEFA Konfrans Liqasının finalında baş tutan “Fiorentina” - “Vest Hem” görüşündə qalmaqallı anlar yaşanıb.
Qarşılaşmanın 33-cü dəqiqəsində İngiltərə klubunun azarkeşləri meydana yad əşyalar atıb.
Əşyalardan biri “Fiorentina”nın kapitanı Kristiano Biraqinin başına dəyib. Futbolçunun başı yarılıb və həkimlərin müdaxiləsindən sonra o, meydana qayıdıb.