“Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turniri: Azərbaycan millisi İtaliya ilə qarşılaşacaq

“Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turniri: Azərbaycan millisi İtaliya ilə qarşılaşacaq
  • İdman

  • Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində bu gün növbəti oyunlar keçiriləcək.

    “Report”un məlumatına görə, Bakı Tennis Akademiyasında 6 qarşılaşma baş tutacaq.

    A və B qruplarında əvvəlcə II turun matçları oynanılacaq. Eyni zamanda, hər qrupda III turun da bir görüşü təşkil ediləcək. A qrupunda İtaliya, B qrupunda isə Türkiyə yığması iki oyun keçirəcək.

    A qrupunda yer alan Azərbaycan millisi günün son qarşılaşmasında meydana çıxacaq. İlk turda Çexiya ilə qolsuz bərabərə qalan yığma bu dəfə İtaliya seçməsi ilə münasibətlərinə aydınlıq gətirəcək.

    Beynəlxalq Minifutbol Turniri
    2 may
    A qrupu


    12:30. İtaliya – Gürcüstan

    15:30. Serbiya – Çexiya

    20:30. Azərbaycan – İtaliya

    B qrupu

    11:00. Türkiyə - Ukrayna

    14:00. Qazaxıstan – CAR

    19:00. Türkiyə - Fransa
    PAYLAŞ:

    Oxşar xəbərlər