İdmana qayğı siyasəti bizi yeni qələbələrə səsləyir

İdmana qayğı siyasəti bizi yeni qələbələrə səsləyir
  • İdman

  • Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbilə hakimiyyətə qayıdışından sonra ölkədə idmana münasibət kökündən dəyişdi. İdmanın və bədən tərbiyəsinin inkişafı yönümündə yüksəlişin əsası qoyuldu. Müstəqil Azərbaycanın idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və olimpiya hərəkatına qoşulması geniş vüsət aldı.

    Dövlətin uğurlu idman siyasətinin həyata keçirilməsi üçün 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradıldı. 1995-ci il martın 5-də gənclərin idmana marağını artırmaq və Azərbaycanın idman sahəsində beynəlxalq nüfuzunun artırılması üçün Azərbaycan Prezidenti yanında fond yaradıldı.
    Bu gün, Ümummili Liderimizin layiqli davamçısı, Respublikamızın Prezidenti İlham Əliyevin rəhbərliyilə Azərbaycanda idmanın inkişafı istiqamətində ciddi tədbirlər həyata keçirilir, bu sahə dövlət siyasətinin pioritetləri sırasında mühüm yer tutur. Bu prosses 1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən başlanıb desək, yanılmarıq.

    Azərbaycanı dünya miqyasında idman ölkəsinə çevirməyi qarşısına məqsəd qoyan İlham Əliyevin rəhbərliyilə ölkədə müasir idman infrastrukturunun yaradılması istiqamətində nəhəng quruculuq layihələrinə start verildi. Sevindirici haldır ki, hazırda təkcə paytaxtda deyil, rayonlarımızda da müasir tələblərə cavab verən idman kompleksləri fəaliyyət göstərir. Dövlətin qayğısı ilə əhatə olunmuş idman federasiyaları, təşkilatları, klubları, birliklərı öz işlərini idmanın inkişafına sərf edib. Bu isə gənc nəslin sağlam və vətənpərvərlik ruhunda tərbiyəsinə, respublikada idmanın kütləviləşməsinə, mədəniyyətimizin təbliğinə xidmət edir. Bütün bunlar ölkə başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanların, yüksək diqqət və qayğının nəticəsidir. 

    İdmançılarımızın olimpiya oyunlarında uğurlarının yüksələn xətlə irəliləməsi və bu sahədə aparılan işin planlı, ardıcıllığı sayəsində Vətənimiz ilk Avropa Oyunlarının, İslam Həmrəyliyi Oyunları, Dünya Şahmat Olimpiadası, “Formula 1” üzrə Qran prilərin, Avropa Yay Gənclər Olimipya Festivalının və digər bu kimi mötəbər yarışların ünvanına çevrildi. Ölkəmizdə saysız-hesabsız beynəlxalq səviyyəli turnirlərin, çempionatların keçirilməsi ilə yanaşı, idmançılarımız hər il müxtəlif idman növləri üzrə keçirilən Avropa və dünya çempionatlarında uğurlu nəticələr göstərirlər. Olimpiyaçılarımız son illər davamlı olaraq ölkəmizə medallar gətirir, bizi yeni qələbələrlə sevindirirlər.Dövlətimizin başçısı bu yarışları izləyir, idmançılara mənəvi və maddi dəstək verir. Müntəzəm olaraq qaliblərlə görüşən ölkə rəhbəri idmançılarda gələcək qələbələrə ruh yüksəkliyi, stimul formalaşdırır.

    Dövlət başçısı Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illiyi münasibətilə idman ictimaiyyətinə təbrikində vurğulayıb: “Bu gün yüksəliş dövrünü yaşayan və bayrağımızı dünyanın hər yerində dalğalandıran idmanımızın tarixinə parlaq səhifələr yazılmaqdadır. Azərbaycan idman sahəsində nəhəng layihələr reallaşdıraraq uğurlara imza atmış ölkə kimi artıq dünya miqyasında tanınır.”

    Müzəffər Ali Baş Komandanımızın qeyd etdiyi kimi, sözsüz ki, işğaldan azad olunmuş ərazilərdə geniş idman infrastrukturu da yaradılacaq. Qarabağımızda beynəlxalq idman yarışları təşkil olunacaq. 

    Bəli, qalib ölkənin təmsilçiləri kimi növbəti illərdə də biz birlikdə daha güclü olduğumuzu yarış meydanlarında da sübut edəcəyik.
    Cənab Prezidentin idmana, idmançılara və bu sahədə çalışan mütəxəssislərə göstərdiyi böyük diqqət sayəsində Azərbaycan idmanı bundan sonra da sürətlə inkişaf edəcək, mötəbər arenalarda bayrağımız Zəfər himni ilə dalğalanacaq.

    Ölkə rəhbəri, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğı bizi yeni qələbələrə səsləyir.


    Oktay Mütəllimov,
    YAP Masallı rayon təşkilatı
    Gənclər və idman idarəsi ərazi partiya təşkilatının sədr müavini

    PAYLAŞ:

    Oxşar xəbərlər