“Qarabağ” – “Olimpiakos” oyununa əlavə biletlər satışa çıxarılıb

“Qarabağ” – “Olimpiakos” oyununa əlavə biletlər satışa çıxarılıb
  • İdman

  • “Qarabağ” – “Olimpiakos” oyununa əlavə biletlər satışa çıxarılıb

    LEQAL.AZ xəbər verir ki, buna qonaq komandanın azarkeşlərinin matça gəlməməsi səbəb olub.

    Klublar arasında əldə olunmuş razılığa əsasən, 28-ci sektorun biletləri də satışa çıxarılıb. Biletlər Tofiq Bəhramov adına Respublika stadionun kassalarında, Iticket.az-ın satış məntəqələrində (iticket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda, eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində satılır.

    Xatırladaq ki, 30, 31, 37 və 38-ci sektorlara biletləri yalnız kassalardan əldə etmək mümkündür. Kassalar saat 17:00-adək fəaliyyət göstərəcək.

    Qeyd edək ki, UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu "Qarabağ" - "Olimpiakos" görüşü bu gün saat 20:45-də başlayacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər