"Qarabağ" qrup mərhələsində ilk oyununu keçirəcək

"Qarabağ" qrup mərhələsində ilk oyununu keçirəcək
  • İdman

  • "Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxacaq.

    LEQAL.AZ report-a istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Almaniyada "Frayburq"un qonağı olacaq.

    "Europa-Park" stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

    Görüşü belçikalı Erik Lambrextsin başçılıq erdiyi hakimlər briqadası idarə edəcək. "Köhlən atlar"ın heyətində zədəli Kevin Medina, meydan sahiblərində isə Roland Şallai eyni səbəbdən görüşü buraxacaq.

    Beləliklə, Azərbaycan çempionu ardıcıl 9-cu dəfə avrokubokların qrup mərhələsində mübarizəyə başlayacaq.

    G qrupunun digər oyununda "Nant" Fransada Yunanıstan "Olimpiakos"unu qəbul edəcək.

    UEFA Avropa Liqası
    G qrupu

    23:00. "Qarabağ" (Azərbaycan) - "Frayburq" (Almaniya)
    Baş hakim: Erik Lambrexts (Belçika)
    Frayburq. "Europa-Park" stadionu
    PAYLAŞ:

    Oxşar xəbərlər