"Neftçi" böyük hesablı qələbə qazanaraq liderlərlə xalları eyniləşdirib

"Neftçi" böyük hesablı qələbə qazanaraq liderlərlə xalları eyniləşdirib
  • İdman / Maraqlı

  • Futbol üzrə Azərbaycan Premyer Liqasının V turunda daha bir görüş keçirilib.

    LEQAL.AZ report-a istinadən xəbər verir ki, "Neftçi" öz meydanında "Sumqayıt"ı böyük hesabla məğlub edib – 3:0.

    "Ağ-qaralar"dan qolları 19-cu dəqiqədə Ataa Caber, 55-ci dəqiqədə penaltidən Emin Mahmudov və 77-ci dəqiqədə Rəhman Hacıyev vurub.

    Bu qələbədən sonra paytaxt klubu xalını 12-yə çatdıraraq 3-cü pilləyə yüksəlib. Hazırda "Qarabağ" və "Sabah" da "Neftçi" ilə eyni xala malikdir. Sadəcə, Laurentsiu Regekampfın baş məşqçi olduğu kollektiv rəqiblərindən bir oyun artıq keçirib.

    Qələbə və qol üzünə həsrət qalan "Sumqayıt" isə 2 xalla 8-ci pillədə qalıb.

    Qeyd edək ki, V turun açılış matçında "Qarabağ" "Kəpəz"ə, "Turan Tovuz" "Şamaxı"ya 1:0 qalib gəlib. Turun "Sabah" – "Səbail" və "Zirə" – "Qəbələ" qarşılaşmaları sentyabrın 4-də baş tutacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər