Azərbaycan Premyer Liqası: "Qarabağ" "Kəpəz"lə qarşılaşacaq

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Kəpəz"lə qarşılaşacaq
  • İdman

  • Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start veriləcək.

    "Report"un məlumatına görə, ilk oyun günündə bir matç keçiriləcək.

    Son ölkə çempionu "Qarabağ" Qəbələdə "Kəpəz"in qonağı olacaq. Rəqiblərindən bir oyun az keçirən "köhlən atlar" hazırda 9 xalla 2-ci pillədə qərarlaşıb. 4 matçın hamısında məğlub olan Gəncə təmsilçisi sonuncu - 10-cu yerdədir.

    Bölgə komandaları indiyədək ölkə çempionatlarında 49 dəfə üz-üzə gəlib. Bunların 26-da Ağdam klubu, 14-də meydan sahibləri qələbə qazanıb. Topların nisbətində də "Qarabağ"ın aşkar üstünlüyü var - 67:54.

    "Köhlən atlar" Premyer Liqadakı son 7 görüşün hamısında meydanı 3 xalla tərk edib. "Kəpəz" isə son 4 qarşılaşmada rəqibinə qol vura bilməyib.

    Azərbaycan Premyer Liqası

    V tur

    1 sentyabr

    19:00 “Kəpəz” – “Qarabağ”

    Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Elşad Abdullayev, Fərid Hacıyev
    VAR: Rəvan Həmzəzadə
    AVAR: Eyyub İbrahimov
    Hakim-inspektor: Ömər Paşayev
    Qəbələ şəhər stadionu

    Qeyd edək ki, turun "Şamaxı" - "Turan Tovuz" və "Neftçi" - "Sumqayıt" oyunları sentyabrın 3-də, "Sabah" - "Səbail" və "Zirə" - "Qəbələ" qarşılaşmaları sentyabrın 4-də baş tutacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər