Azərbaycan Premyer Liqası: "Zirə" "Səbail"i, "Neftçi" "Sabah"ı qəbul edəcək

Azərbaycan Premyer Liqası: "Zirə" "Səbail"i, "Neftçi" "Sabah"ı qəbul edəcək
  • İdman

  • Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu keçiriləcək.

    "Leqal"ın məlumatına görə, günün ilk matçında "Zirə" "Səbail"i qəbul edəcək.

    10 turdan sonra meydan sahibləri 16 xalla 4-cü, qonaqlar 9 xalla 7-ci pillədə qərarlaşıb. Komandalar indiyədək Premyer Liqada 16 dəfə üz-üzə gəliblər. Bunların 9-da "qartallar", 3-də "dənizçilər" qələbə qazanıb. Topların fərqində də "Zirə"nin aşkar üstünlüyü var - 21:9. Son iki qarşılaşmada “Zirə” iki qolla üç xal qazanıb. "Səbail" isə ardıcıl 7 oyundur rəqibinə qalib gələ bilmir.

    Günün digər görüşündə "Neftçi" "Sabah"la üz-üzə gələcək. Flaqman 17 xalla 3-cü, qonaqlar 8 xalla 8-ci sıradadır. Bu, komandaların çempionatdakı 13-cü qarşılaşması olacaq. Matçların 10-da "ağ-qaralar" qələbə qazanıbsa, ikisində heç-heçə qeydə alınıb. "Sabah" indiyədək rəqibini yenə bilməyib. Topların nisbəti isə 25:6-dır.

    Azərbaycan Premyer Liqası

    XI tur

    20 noyabr (şənbə)

    16:00. “Zirə” – “Səbail”

    Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı
    Hakim-inspektor: Rövşən Əhmədov
    AFFA nümayəndəsi: İlham Əliyev
    Zirə İdman Kompleksinin stadionu,

    18:15. “Neftçi” – “Sabah”
    Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Cəmil Quliyev, Fərid Hacıyev
    Hakim-inspektor: Anar Salmanov
    AFFA nümayəndəsi: Seymur Səlimli
    “Bakcell Arena”

    Qeyd edək ki, turun aşılış oyununda "Qarabağ" evdə "Keşlə"yə 1:0 hesabı ilə qalib gəlib. Tura noyabrın 21-də "Qəbələ" - "Sumqayıt" matçı ilə yekun vurulacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər