Bakıda "Qarabağ" və Çexiyanın "Viktoriya" Plzen komandası arasında keçirilən UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda birinci hissə başa çatıb.
LEQAL.AZ-ın məlumatına görə, komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar.
20:45
Bakıda "Qarabağ" və Çexiyanın "Viktoriya" Plzen komandası arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu başlayıb.
"Report"un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş saat 20:45-də start götürüb. Matçı Sloveniyadan olan FIFA referisi Slavko Vinçiç idarə edir.
Qeyd edək ki, cavab qarşılaşması avqustun 23-də Plzendə olacaq.