“Borussiya” “Ayaks”dan rekord qiymətə futbolçu aldı

“Borussiya” “Ayaks”dan rekord qiymətə futbolçu aldı
  • İdman

  • Dortmund “Borussiya”sı hücumçu Sebastyan Alleri transfer edib.

    O, Almaniyanın vitse-çempionları üçün rekord məbləğə - 31 milyon avro, üstəgəl 4 milyon avro bonus qarşılığında “Ayaks”dan alınıb.

    28 yaşlı futbolçu ilə müqavilə 2026-cı ilin yayına kimi nəzərdə tutulub. O, 9-cu nömrə altında çıxış edəcək.

    Qeyd edək ki, ötən mövsüm Aller Niderland çempionatında 31 oyunda 21 qol vuraraq liqanın bombardiri olub./oxu.az

    www.Leqal.Az
    PAYLAŞ:

    Oxşar xəbərlər