Dünya çempionatının keçiriləcəyi şəhərlər AÇIQLANDI

Dünya çempionatının keçiriləcəyi şəhərlər AÇIQLANDI
  • İdman

  • 2026-cı il ABŞ, Kanada və Meksikada təşkil olunacaq futbol üzrə dünya çempionatının keçiriləcəyi şəhərlər müəyyənləşib.

    Leqal.Az xəbər verir ki, bu barədə məlumat FIFA-nın "Twitter" səhifəsində yerləşdirilmiş paylaşımda öz əksini tapıb.

    Turnir ABŞ-ın Atlanta, Boston, Dallas, Hyuston, Kanzas Siti, Los Anceles, Mayami, Nyu-York/Nyu Cersi, Filadelfiya, San Fransisko və Sietl şəhərlərində olacaq.

    Meksikada oyunlar Qvadalaxara, Mexiko və Monterreydə keçiriləcək.

    Kanadada isə matçlar Toronto və Vankuverdə keçiriləcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər