Dünyanın ən çox qazanan idmançıları açıqlandı

Dünyanın ən çox qazanan idmançıları açıqlandı
  • İdman

  • “Forbes” 2022-ci il üzrə dünyada ən çox qazanan idmançıların siyahısını tərtib edib.

    Leqal.Az xəbər verir ki, siyahıya Argentina millisinin və Fransanın PSJ klubunun hücumçusu Lionel Messi başçılıq edir. Onun qazancı 130 milyon dollar təşkil edir.

    Amerikalı peşəkar basketbolçu Lebron Ceyms 121 milyon dollarlıq qazancı ilə ikinci sırada qərarlaşıb. Portuqaliya yığmasının və İngiltərənin “Mançester Yunayted” komandasının hücumçusu Kristiano Ronaldo isə üçüncüdür – 115 milyon dollar./qafqazinfo/

    Siyahının ilk 10 pilləsində bu idmançılar yer alıblar:

    Lionel Messi – 130 milyon dollar
    Lebron Ceyms – 121 milyon dollar
    Kristiano Ronaldo – 115 milyon dollar
    Neymar – 95 milyon dollar
    Stefen Karri – 92.8 milyon dollar
    Kevin Durant – 92 milyon dollar
    Rocer Federer – 90,7 milyon dollar
    Kanelo Alvares – 90 milyon dollar
    Tom Breydi – 83.9 milyon dollar
    Yannis Antetokounmpo – 80.9 milyon dollar
    PAYLAŞ:

    Oxşar xəbərlər