Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 23-cü tura yekun vurulacaq.
“Leqal.az” xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutacaq.
“Zirə” doğma meydanda “Səbail”i qəbul edəcək. Turun qapanış matçında “Neftçi” ilə “Sabah” üz-üzə gələcək.
Qeyd edək ki, ilk oyun günündə baş tutan “Qəbələ” – “Sumqayıt” matçı heç-heçə (1:1) bitibsə, “Qarabağ” “Şamaxı”ya 8:0 hesabıyla qalib gəlib.
Azərbaycan Premyer Liqası
23-cü tur
16 aprel
“Zirə” – “Səbail”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev.
Zirə İdman Kompleksinin stadionu, 18:15.
“Neftçi” – “Sabah”
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Müslüm Əliyev, Tural Qurbanov.
Bakı. “Bakcell Arena”, 20:30./qafqazinfo/