Bu gün futbol üzrə Azərbaycan millisi növbəti yoxlama oyununu keçirəcək.
“Leqal.az” xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi kollektiv Latviya yığması ilə qarşılaşacaq.
Maltada keçiriləcək matçı yerli hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, yığmamız bundan öncəki yoldaşlıq matçında Maltaya 0:1 hesabı ilə uduzub.
Yoxlama oyunu
29 mart
15.00. Azərbaycan – Latviya
Hakimlər: Trustin Farruqia Kann, Luke Portelli, Dunkan Sultan, Andrea Skiriha (hamısı Malta).
Malta. Milli Stadion.//Qafqazinfo