“28 il sonra doğulduğum torpaqlara qayıdıram”

“28 il sonra doğulduğum torpaqlara qayıdıram”
  • İdman

  • Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Qara Qarayev "TRT Spor"a açıqlama verib.

    LEQAL.AZ milli.az-a  istinadən xəbər verir ki, o, açıqlamasında cəbhədə gedən döyüşlərdən də danışıb:

    "Mən 1992-ci ildə Füzulidə anadan olmuşam. 28 il öz torpağıma, doğulduğum kəndə gedə bilməmişəm. Bu gün Azərbaycan Ordusu bu sevinci, qüruru bizə yaşadır. Uzun illərdir, torpağaqlarımız işğal altında idi. Bu, o demək deyil ki, Azərbaycan milləti, ordusu, dövləti qorxaqdır və ya nədənsə çəkinir. Biz münaqişənin sülh yolu ilə həllini gözləyirdik, amma mövcud durum buna gətirib çıxartdı ki, torpaqlarımızı müharibə ilə geri qaytaraq. İlk olaraq ordumuza təşəkkür edirəm. Daha sonra millətimizə, prezidentimizə, haqq yolunda bizi dəstəkləyən türkiyəli qardaşlarımıza və digər dövlətlərə öz minnətdarlığımı bildirirəm. Biz işğalçı deyilik, öz vətənimizdə müharibə aparırıq. Mən 28 il sonra doğulduğum torpaqlara qayıdıram".

    PAYLAŞ:

    Oxşar xəbərlər