Masallı boksçusu ölkə çempionatının bürünc mükafatçısıdır

Masallı boksçusu ölkə çempionatının bürünc mükafatçısıdır
  • İdman

  • Böyüklər arasında boks üzrə Azərbaycan çempionatı keçirilir.

    Azərbaycan Boks Federasiyasının idman zalında təşkil olunan yarışlarda (11-15 yanvar) dəri əlcək ustaları 13 çəki dərəcəsi üzrə mübarizə aparırlar.

    Çempionata respublikanın müxtəlif şəhər və rayonlarından 29 komandanın heyətində 100 kişi boksçusu qatılıb. Çempionların adına yanvarın 15-də aydınlıq gələcək.

    Respublika çempionatında Masallı komandasını iki boksçumuz – Camal Səfərli (60 kq) və Qəyyum Quliyev (51 kq) təmsil edib. C.Səfərli mübarizəni 1/4 finalda dayandırsa da digər idmançımız növbəti mərhələyə yüksəlib.

    Yekun nəticə olaraq Qəyyum Quliyev çempionatı üçüncü pillədə başa vurub.

    Bürünc mükafatçımızı və məşqçisi Nizaməddin Mehdiyevi təbrik edir, onlara növbəti yarışlarda yeni uğurlar arzulayırıq.  

    Nəzərə çatdıraq ki, mükafatçılar respublika yığmasının heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

     
    Akif AĞAYEV,
    Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü.




    PAYLAŞ:

    Oxşar xəbərlər