Masallıda Ümummilli Liderin xatirəsinə həsr olunmuş idman yarışları keçirilib

Masallıda Ümummilli Liderin xatirəsinə həsr olunmuş idman yarışları keçirilib
  • İdman

  • Masallı rayonunda Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar idman yarışları təşkil edilib.

    Rayon Usaq-Gənclər İdman-Şahmat Məktəbinin təşkilatçılığı ilə keçirilən turnirdə məktəblilər beş idman novü – şahmat, futbol, volleybol, yunan-Roma güləşi və stolüstü tennis üzrə qüvvələrini sınayıblar.

    Yarışların açılış mərasimində Ulu Öndərimizin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Masallı Rayon Usaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Əlifağa Yaqubov çıxış edərək Ümummilli lider Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və beynəlxalq nüfuzunun artırılmasında misilsiz xidmətlərindən, ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğıdan danışıb. Məktəb idmançılarının uğurları barədə məlumat verən Ə.Yaqubov yarış iştirakçılarına uğurlar arzulayıb.

    Yeddi gün (6-12 dekabr) davam yarışlarda məktəbli oğlan və qızlar komanda (futbol, voleybol), müvafiq yaş qrupu (şahmat, stolüstü tennis) və şəxsi (yunan-Roma güləşi) birincilik üzrə gərgin mübarizə aparıblar.

    Anım turnirinin qalibləri təşkilat komitəsi tərəfindən fəxri fərmanlarla mükafatlandırılıb.

     
    Akif AĞAYEV,
    Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü.

    PAYLAŞ:

    Oxşar xəbərlər