PSJ-dən darmadağın, "Leyptsiq" Avropa Liqasının pley-offuna vəsiqə qazanıb

PSJ-dən darmadağın, "Leyptsiq" Avropa Liqasının pley-offuna vəsiqə qazanıb
  • İdman

  • UEFA Çempionar Liqasının qrup mərhələsində sonuncu - VI tura start verilib.

    "Leqal"ın məlumatına görə, ilk oyun gününə nəzərdə tutulan 8 qarşılaşmadan ikisi artıq başa çatıb.

    A qrupunda PSJ Fransada Belçika "Brügge"sini darmadağın edib - 4:1. Meydan sahiblərinin heyətində Kilian Mbappe və Lionel Messi dubl müəllifi olublar. Digər görüşdə isə İngiltərənin "Mançester Siti" klubu Almaniyada "Leyptsiq"in qonağı olub. Oyun Bundesliqa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

    Bununla da A qrupunda mübarizəyə yekun vurulub. "Mançester Siti" qrupda ilk, PSJ isə 2-ci pilləni daha əvvəl təmin etdiyindən 1/8 finala adlayıblar. "Leyptsiq" isə 3-cü yeri tutaraq, Avropa Liqasının pley-offunda oynamaq hüququ əldə edib./report

    UEFA Çempionlar Liqası

    Qrup mərhələsi, VI tur

    A qrupu

    21:45. PSJ (Fransa) - "Brügge" (Belçika) - 4:1

    Qollar: Kilian Mbappe, 2; 7. Lionel Messi, 38; 76 (pen.) - Mats Rits, 68
    PAYLAŞ:

    Oxşar xəbərlər