Azərbaycan Premyer Liqası: Tura mərkəzi oyunla yekun vurulacaq

Azərbaycan Premyer Liqası: Tura mərkəzi oyunla yekun vurulacaq
  • İdman

  • Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura yekun vurulacaq.

    "Leqal"ın məlumatına görə, turun son oyunu Qəbələdə eyniadlı komanda ilə "Qarabağ" arasında baş tutacaq. Mərkəzi görüşü yüksək liqa təcrübəsi olmayan gənc referi Kamranbəy Rəhimov idarə edəcək. Hazırda Ağdam klubu 26 xalla turnir cədvəlinə başçılıq edir. 21 xalı olan əyalət təmsilçisi isə 3-cü pillədə qərarlaşıb.

    İki komanda indiyədək ölkə çempionatında 51 dəfə üz-üzə gəlib. Bunların 10-da "qırmızı-qaralar", 27-də "köhlən atlar" qələbə qazanıb. 14 qarşılaşma heç-heçə ilə başa çatıb. Topların nisbəti də Qurban Qurbanovun baş məşqçi olduğu kollektivin xeyrinədir - 78:42.

    “Qarabağ” 13 oyundur rəqibinə uduzmur. “Qəbələ” son 3 matçda xal qazana bilməyib.

    Azərbaycan Premyer Liqası

    XII tur

    29 noyabr (bazar ertəsi)

    16:00. “Qəbələ” – “Qarabağ”

    Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Vüqar Bayramov, Namiq Bəkirov
    Hakim-inspektor: Ömər Paşayev
    AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
    Qəbələ şəhər stadionu.

    Qeyd edək ki, turun ilk oyun günündə "Sabah" evdə "Keşlə"yə 2:1, "Neftçi" isə "Səbail"ə 1:0 hesabı ilə qalib gəlib. Ötən gün keçirilmiş görüşdə isə "Zirə" səfərdə "Sumqayıt"ı darmadağın edib - 3:0./report
    PAYLAŞ:

    Oxşar xəbərlər