Qazaxıstanın "Kayrat" komandasının erməni futbolçusu Kamo Ohanesyan "Qarabağ"a qarşı UEFA Konfrans Liqasının qrup oyunu üçün Bakıya gətirilməyəcək.
Bu barədə Leqal.az-a Ağdam klubunun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.
Onun sözlərinə görə, Almatı təmsilçisinin "Qarabağ"a göndərdiyi siyahıda 29 yaşlı müdafiəçinin adı yoxdur.
Qeyd edək ki, oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Kayrat" oyunu saat 20:45-də başlayacaq.