İrlandiyalı futbolçu: "Bakıda 3:0 hesablı qələbə heyrətamizdir"

İrlandiyalı futbolçu: "Bakıda 3:0 hesablı qələbə heyrətamizdir"
  • İdman

  • "Bakıya səyahət edən fanatlar, evdə oyunu izləyənlər və xüsusən, ailəm inanılmaz hisslər yaşayır. Biz bu gün olduğumuz pilləyə yüksəlmək üçün həftə ərzində çox çalışmışdıq. Özüm də xeyli əziyyət çəkmişdim".

    Leqal.az-ın məlumatına görə, bu fikirləri İrlandiya yığmasının futbolçusu Çidozi Oqbene Bakıda Azərbaycan millisinə 3:0 hesabı ilə qalib gəldikləri 2022-ci il dünya çempionatının seçmə oyunu barədə danışarkən deyib.

    Görüşdə son qolun müəllifi olan 24 yaşlı hücumçu ona şans verib meydana buraxdığı üçün baş məşqçi Stiven Kenniyə minnətdarlıq edib.

    "Bu qələbəni böyük fərasətlə qazandıq", - deyən Nigeriya əsilli forvardın fikrincə, səfərdə 3:0 hesablı qələbə yüksək nəticədir: "Buraya gəlmək və nəticə əldə etmək bizim üçün çox şey deməkdir. Bu qol uzun səfərimizə dəyərdi və yenidən fərqlənmək istərdim. Hazırda özüm, ailəm və birgə böyüdüyümüz dostlarla xeyli sevincliyik. Həmçinin xalqımız da sevinir. Çətin dövrdən sonra buraya gələrək 3:0 hesabı ilə qalib gəlmək heyrətamizdir".

    Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilmiş görüşdə ilk 2 qolu Kallum Robinson vurub. Çidozi Oqbene 59-cu dəqiqədə meydana girib və 90-cı dəqiqədə oyunda son nöqtəni qoyub./report
    PAYLAŞ:

    Oxşar xəbərlər