Karate üzrə 2 qat dünya çempionu “Tərəqqi” medalı ilə təltif olunub

Karate üzrə 2 qat dünya çempionu “Tərəqqi” medalı ilə təltif olunub
  • İdman

  • Ölkəmiz müstəqillik qazandıqdan sonra Azərbaycanda idmanın inkişafı dövlətimizin diqqət mərkəzində olmaqla beynəlxalq idman aləmində öz layiqli yerini tutaraq böyük nəailiyyətlər qazanıb. Ulu Öndərin davamçısı, cənab prezident İlham Əliyev Olimpiya komitəsinin prezidenti olduqdan sonra Azərbaycanda idman inqilabi mərhələyə daxil olaraq beynəlxalq aləmdə böyük dirçəliş yaradıb. Azərbaycan idmançıları beynəlxalq yarışlarda Avropa, Dünya çempionatları və Olimpiya oyunlarında çox böyük uğurlar qazanıb və ölkəmizin müqəddəs bayrağını xarici arenalarda dalğalandıraraq idman salnamasini yazıblar.

    Daim idmana və gənclərin sağlam ruhda yetişməsinə öz töhvəsini verən karate idman növü üzrə iki qat dünya çempionu, Avropa çempionu, 8-ci dan qara kəmər sahibi , Azərbaycan Karate Federasiyaları Assosiyasiyasıının 1-ci vitse prezidenti, “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”, "Əməkdar İdman ustası" fəxri adlarının sahibi, Azərbaycanın əlbəyaxa döyüş və silahsız özünü müdafiə üzrə ilk SSRİ çempionu və idman ustası, Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevdir.

    O, həm Azərbaycanda karate idman növünün geniş yayılmasına həyatını həsr etmiş, bununla yanaşı həmdə beynəlxalq miqyaslı idman yarışlarında çox böyük nəaliyyətlər qazanan bir sıra idmançılar hazırlayaraq dövlətimizə gələcəyin çempionlarını yetişdirib. Məhz bu idmançılardan biri də uşaqlıq yaşından Füzuli Musayevin tələbəsi, 5 qat dünya çempionu, 13 qat Avropa, ,Avropa və İslam oyunlarının qalibi, ölkımizdə ilk dəfə olaraq karate üzrə Olimpiya oyunlarının gümüş medalçısı və “Qara briliant” ləqəbli Rafael Ağayevdir.

    Füzuli Musayev Azərbaycan idmanında göstərdiyi peşəkarlıq fəaliyyətinə, ölkəmizin idmançılarının karate idmanı üzrə beynəlxalq yarışlarında layiqincə təmsil edilməsinə, zəhmətinə və digər nəaliyyətlərinə görə ölkə rəhbərliyi tərəfindən dəfələrlə layiqincə qiymətləndirilib. O, cənab prezidentin 2015-ci ildə “Fəxri diplomu” və 2021-ci ildə “Tərəqqi medalı” ilə təltif edilib.

    Füzuli Musayev hal-hazırda Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq klubuun rəisi kimi əməkdaşların fiziki hazırlığı və peşəkarlığının artırılması, idmançıların yetişdirilməsi sahəsində fəaliyyətini davam etdirir.


    Müəllif: LEQAL.AZ

    PAYLAŞ:

    Oxşar xəbərlər