27 avqust 2021-ci il tarixində Bakı İdman Sarayında Fudokan üzrə beynəlxalq seminarın açılış mərasimi olmuşdur. Beynəlxalq seminarın təşkilində əsas məqsəd fudokanın Azərbaycanda inkişaf etdirilməsi, bu idman növü üzrə Avropa, dünya çempionatlarında mübarizə aparacaq potensiallı idmançılar yetişdirməkdir.
Tədbirin təşkilatçılığında iştirak etmiş idman könüllüləri öz fəallıqları ilə seçilərək sertifikatla təltif edilmişdir.
Azərbaycan İdman Könüllüləri ictimai birliyi beynəlxalq seminarda iştirakına görə fəxri diplomla təltif olunmuşdur. Diplom təşkilatın sədri Miraqil Seyidzadəyə təqdim edilib.
Sonda xatirə şəkilləri çəkilib.
LEQAL.AZ