"Könüllü jurnalist" layihəsinin bağlanış mərasimi keçirilib

"Könüllü jurnalist" layihəsinin bağlanış mərasimi keçirilib
  • İdman

  • İyulun 12-si Azərbaycan İdman Jurnalistləri Federasiyasının və Azərbaycan İdman Könüllüləri ictimai birliyinin birgə təşkilatçılığı ilə "Könüllü jurnalist" layihəsinin son seminarı və bağlanış mərasimi keçirildi.

    Azərbaycan İdman Könüllüləri ictimai birliyindən LEQAL.AZ-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan moderator Ələkbər Mansurlu Tovuz döyüşlərində həlak olan şəhidlərimizin xatirəsini anaraq onların qəhrəmanlığından danışdı.

    "PR və təqdimat bacarıqları" mövzusunda çıxış edən AİJF İdarə heyətinin üzvü, PR menecer Ellada Mustafayeva PR anlayışından, məlumatın auditoriyaya ötürülməsi zamanı təqdimetmə prosesinə hazırlıq mərhələləri haqqında məlumat verdi.

    Sonda Federasiyanın prezidenti Qabil Mehdiyev və Birliyin sədri Miraqil Seyidzadə çıxış edərək layihəyə dəstək olan bütün jurnalistlərə təşəkkür etmiş, bu kimi treninqlərin davamlı olacağını bildirmişlər.
    PAYLAŞ:

    Oxşar xəbərlər