AİJF ilə Azərbaycan İdman Könüllüləri arasında memorandum imzalanıb

AİJF ilə Azərbaycan İdman Könüllüləri arasında memorandum imzalanıb
  • İdman

  • Bu gün Azərbaycan İdman Jurnalistləri Federasiyası (AİJF) ilə Azərbaycan İdman Könüllüləri İctimai Birliyi arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

    Bu barədə LEQAL.AZ-a Azərbaycan İdman Könüllüləri İctimai Birliyindən məlumat verilib.

    AİJF ofisində keçirilən imzalanma mərasimində çıxış edən federasiya prezidenti, əməkdar jurnalist Qabil Mehdiyev qeyd edib ki, hər iki təşkilat yeni yaranmasına baxmayaraq, son bir ildə bir sıra fəaliyyətləri ilə etimadı doğrultmağa çalışıblar. Rəhbərlik etdiyi qurumun fəaliyyəti və gələcək planları barədə məlumat verən Q.Mehdiyev Azərbaycan İdman Könüllüləri İctimai Birliyi ilə əməkdaşlığın hər iki təşkilat üçün faydalı olacağına əminliyini ifadə edib.

    Azərbaycan İdman Könüllüləri İctimai Birliyi İdarə Heyətinin sədri Miraqil Seyidzadə bu təşkilatın ölkəmizdə idman könüllülərinə duyulan ehtiyacdan yarandığını qeyd edib. M.Seyidzadə son vaxtlar bir sıra idman qurumları ilə əməkdaşlığı genişləndirdiklərini bildirərək təşkilatın ümumilikdə, 1000 nəfərdən artıq könüllünü öz ətrafında birləşdirdiyini qeyd edib.

    Sonda Qabil Mehdiyev və Miraqil Seyidzadə memorandumu imzalayıblar.
    PAYLAŞ:

    Oxşar xəbərlər