"Uğurlu müsahibə" mövzusunda onlayn seminar keçirilib

"Uğurlu müsahibə" mövzusunda onlayn seminar keçirilib
  • İdman

  • İyulun 7-si Azərbaycan İdman Jurnalistləri Federasiyasının və Azərbaycan İdman Könüllüləri ictimai birliyinin birgə təşkilatçılığı ilə keçirilən "Könüllü jurnalist" layihəsinin növbəti onlayn seminar "Uğurlu müsahibə" mövzusuna həsr olundu.

    AİJF-nin vitse-prezidenti, AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla çıxışında müsahibə üçün vacib olan amillərdən danışdı.

    Qeyd etdi ki, uğurlu müsahibə üçün ən vacib şərtlər müsahibədən əvvəl müsahib haqqında məlumat toplamaq, danışılaca mövzu və ümumilikdə həmin sahə haqqında mümkün qədər məlumatlı olmaq vacibdir.

    Seminarın sonunda könüllülərin sualı cavablandırıldı.


    Müəllif: LEQAL.AZ

    PAYLAŞ:

    Oxşar xəbərlər