AVRO-2020: İtaliya millisinin finaldakı rəqibi müəyyənləşir

AVRO-2020: İtaliya millisinin finaldakı rəqibi müəyyənləşir
  • İdman

  • Bu gün futbol üzrə Avropa çempionatında yarımfinal mərhələsinə yekun vurulacaq.

    LEQAL.AZ-ın məlumatına görə, bununla da turnirin ikinci finalçısının adına aydınlıq gələcək.

    Həlledici görüşə son vəsiqə uğrunda İngiltərə və Danimarka yığmaları üz-üzə gələcək. Londondakı "Uembli" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Matçı Niderlanddan olan FIFA referisi Denni Makkeli idarə edəcək.

    AVRO-2020-də qol buraxmayan britaniyalılar doğma meydan amilindən də istifadə edib finala çıxmaq niyyətindədir. Danimarkalılar isə turnirin əsas favoritlərindən birini mübarizədən kənarlaşdırmaqla sensasiya etmək arzusundadır./report

    Avropa çempionatı

    Yarımfinal

    23:00. İngiltərə - Danimarka


    Baş hakim: Denni Makkeli (Niderland)

    London, "Uembli" stadionu

    Qeyd edək ki, bu oyunun qalibi finalda İtaliya millisinin rəqibi olacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər