Bakıda mənzildə kişi meyiti aşkar edilib

Bakıda mənzildə kişi meyiti aşkar edilib
  • Hadisə

  • Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakının Sabunçu rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

    FHN-dən LEQAL.AZ-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb.

    Mənzildə aşkarlanan 1940-cı il təvəllüdlü Həsənov Rafael Hüseynbala oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
    PAYLAŞ:

    Oxşar xəbərlər