Gəncə şəhərində daha bir pedaqoq koronavirus infeksiyasından dünyasını dəyişib.
LEQAL.AZ-ın məlumatına görə, İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin müəllimi Raida Tağıyeva COVID-19 infeksiyasından həyatını itirib.
Uzun müddət pedaqoq kimi çalışan mərhum Gəncə şəhərinin ən tanınan müəllimlərindən olub.