Bakının Qaradağ rayonunda kütləvi dava düşüb.
LEQAL.AZ apa-ya istinadən xəbər verir ki, hadisə Qobustan qəsəbəsində baş verib.
1970-ci il təvəllüdlü Nağıyev Valeh Mirağa qızı kütləvi dava zamanı bıçaqlanıb. 1964-cü il təvəllüdlü Nağıyev Bəkir İsmayıl oğlu, 1991-ci il təvəllüdlü Nağıyev Cəmil Bəkir oğlu və 1996-cı il təvəllüdlü Nağıyev Abit Bakir oğlu dəmir boru vasitəsilə döyülüb.
Xəsarət alan 4 nəfər 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.