Avtoyuma məntəqəsindən nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən yeniyetmə saxlanılıb

Avtoyuma məntəqəsindən nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən yeniyetmə saxlanılıb
  • Hadisə

  • Qaradağ rayonunda oğurluqla məşğul olan şəxs yaxalanıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, fevralın 2-də saat 21 radələrində Müşfiqabad qəsəbəsindəki avtomobil yuma məntəqələrinin birindən qəsəbə sakini F.Aslanlıya məxsus “BMW” markalı avtomobilin qaçırılması barədə rayon polis idarəsinin 10-cu polis bölməsinə məlumat daxil olub.

    Araşdırmalar nəticəsində həmin avtomobilin qəsəbə ərazisində idarə edilərkən “Opel” və “VAZ-2109” markalı avtomobillərlə toqquşması da müəyyənləşdirilib.

    Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə nəqliyyat vasitəsini oğurlamaqda şübhəli bilinən bir yeniyetmə saxlanılıb.

    Faktla əlaqədar araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər