İsmayıllı rayonunda vəzifəli şəxslərə qarşı əməliyyat keçirilib. "Bakıvaxtı.az" saytının məlumatına görə, ötən gün keçirilən əməliyyat zamanı saxlanılanlar olub.
Əməliyyatın Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirildiyi bildirilir.
"Modern az"-ın qeyri-rəsmi mənbələrdən əldə etdiyi məlumatlara görə, saxlanılanlar arasında bələdiyyə sədri və digər şəxslər var.
Yaxın vaxtlarda əməliyyatla bağlı açıqlamanın veriləcəyi gözlənilir.
www.leqal.az