Aktyorun ayağı səhv müalicə səbəbindən amputasiya edilib?

Aktyorun ayağı səhv müalicə səbəbindən amputasiya edilib?
  • Hadisə / Maraqlı

  • Aktyor Əlvan Fərmanoğlunun ayağı amputasiya edilib.

    Leqal.az Qafqazinfo- ya istinadən xəbər verir ki, bu barədə məlumatı aparıcı İlkin Həsəni sosial şəbəkə hesabında paylaşıb.

    O, aktyorun palatada çəkilmiş videosunu paylaşaraq bunları yazıb: “Dəyərli aktyorumuz Əlvan Fərmanoğlunun son halı. “Məlhəm” klinikasının bəzi həkimlərinin səhlənkarlığına görə sağ ayağı amputasiya olunub. Bu kişini bu vəziyyətə salan hər kəs qanun qarşısında cavab verəcək”.

    İddialarla bağlı “Məlhəm” Beynəlxalq Hospitalı ilə əlaqə saxladıq. Hospitaldan sorğumuza belə cavab verildi: “1962-ci il təvəllüdlü Əlvan Abdullayev Fərmanoğluna hospitalda 11.07.2024 tarixində sağ ayağına, 18.07.2024 tarixində sol ayağına “Tıxanmış ayaq damarlarına stend taxılması proseduru’’ icra olunub. Xəstədə prosedur zamanı və prosedur sonrası fəsad və ağırlaşma qeydə alınmayıb. Xəstə kafi vəziyyətdə evə yazılıb. Daha sonrakı müraciətlərində hər hansı bir cərrahi müdaxiləyə ehtiyac olmadığı, təyinat üzrə dərman müalicəsinin vacibliyi vurğulanıb. Bildiyimiz kimi, şəkər xəstələri belə “damaraçma” prosedurlarından sonra ciddi pəhriz gözləməli, siqaret və s. zərərli vərdişlərdən imtina etməli, dərman təyinatlarına ciddi riayət etməlidir. Bir müddət sonra xəstənin “Sağ aşağı ətrafın amputasiya” əməliyyatı olunduğu məlumatını almışıq. Bir qayda olaraq, həkim səhlənkarlığı və səhvləri müvafiq ekspertizanın təyin edilməsi ilə müəyyənləşdirilir. Hazırki vaxtadək yuxarıda qeyd edilən əməliyyatın icrası ilə bağlı ekspertiza tərəfindən bu və ya digər rəy tərtib olunmayıb”. 

    Qeyd edək ki, bir müddət sonra İlkin Həsəni sözügedən paylaşımını silib.

    Lamiyə Məmmədova

    PAYLAŞ:

    Oxşar xəbərlər