İki gün öncə Kür çayının Zərdab rayonundan keçən hissəsində batmış 17 yaşlı gəncin meyiti tapılıb.
Leqal.az-ın məlumatına görə, 2006-cı təvəllüdlü rayonun Alı Mustafayev küçəsinin sakini Məmmədəliyev S.-in cəsədi batdığı ərazidən təqribən 200 metr aralıda tapılaraq sudan çıxarılıb və aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.