Sumqayıtda dezinfeksiyadan beş nəfər zəhərlənib.
Hadisə 76-cı məhəllədə yerləşən müəssisələrdən birində baş verib.
Sumqayıt şəhər sakinləri, 1981-ci il təvəllüdlü Kəmalə Aqil qızı Mənsimova, 1975-ci il təvəllüdlü Könül Səfər qızı Şərifova, 1981-ci il təvəllüdlü Qəribə Əlövsət qızı İsrafilova, 1978-ci il təvəllüdlü Şəfa Bəhram qızı Gülməmmədova və 1986-cı il təvəllüdlü Zülfiyyə Sədrəddin qızı Maralova işlədikləri müəssisədə həşərat əleyhinə edilən dezinfeksiyadan zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır. /apa