Tovuzda maşın Kürə aşdı: 3 nəfər suda batdı

Tovuzda maşın Kürə aşdı: 3 nəfər suda batdı
  • Hadisə

  • Tovuz rayonunda içində 4 nəfər olan VAZ-2107 markalı avtomobil Kür çayına düşüb.

    Leqal.az xəbər verir ki, avtomobilin içində olan 1989-cu il təvəllüdlü Tural Quliyev, 1991-ci il təvəllüdlü Vüqar Cəfərov və 1988-ci il təvəllüdlü Elxan Sadıqov çayda batıb. Onların arasında olan 1992-ci il təvəllüdlü Turqut İbrahimov isə sudan çıxa bilib.

    Digərlərinin axtarışı davam etdirilir.

    Faktla bağlı araşdırma aparılır.

    ***
    Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Tovuz rayonun Hunanlar kəndi ərazisində içərisində 3 nəfər olan avtomobilin Kür çayına düşməsi barədə məlumat daxil olub.

    Nazirlikdən bildirilib ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
    PAYLAŞ:

    Oxşar xəbərlər