Ermənistan silahlı qüvvələri tərəfindən Tərtərə atılan artilleriya və raket zərbələrindən bir neçəsi şəhər ərazisində yerləşən orta məktəbin binasına düşüb.
Atəş nəticəsində tamamilə yararsız hala düşən məktəb binası bir daha erməni vəhşiliyinin təzahürü kimi qarşımıza çıxır.
Guya hərbi obyektləri vurduğunu iddia edən erməni terrorçularının bu addımı bir daha göstərir ki, onlar üçün qarşı tərəfdə kimin olmasının elə də önəmi yoxdur.
Cəbhədəki məğlubiyyətin əvəzini dinc əhalini vurmaqla çıxan ermənilərin yararsız hala saldığı məktəb binasında Oxu.Az-ın fotoreportajını təqdim edirik.