Gəncə təxribatı erməni faşizminin əsl simasıdır

Gəncə təxribatı erməni faşizminin əsl simasıdır
  • Cəmiyyət / Siyasət

  • İngilis səyyahı Vilson ermənilər haqqında deyib: “Ermənilər acgöz və tamahkardırlar. Onlar istənilən bir cəfəngiyatı böyütmək üzrə abırsız dərəcədə mahirdirlər və intriqaları sevirlər”. Bu gün bu alçaq, abırsız faşist xislətli təcavüzkar olmaqla yanaşı qorxaq və rəzil olan Ermənistanın savadsız, sərsəm, xəstə təxəyyüllü baş naziri Nikol Paşinyanın sentyabrın 27-si səhər saat 6.00-da Azərbaycana qarşı işğalçılıq siyasəti bir daha Nikolun faşist mahiyyətini bütün dünyaya göstərir.
    Oktyabrın 10-dan 11-nə keçən gecə saat 2 radələrində Ermənistanın dinc sakinlərin yatdığı bir vaxtda cəbhə bölgəsindən 100 km uzaq olan Gəncə şəhərinə raket atması bir daha sübut edir ki, terrorçu dövlətin anti- insani, faşist simasını ifşa etdi. Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşü nəticəsində elan edilən humanitar atəşkəsi pozmas riyakarlıqdan başqa bir şey deyil. Humanitar atəşkəslə bağlı razılaşmadan sonra Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərində mülki vətəndaşların atəşə tutulması barbarlığın daha bir bariz nümunəsidir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənabları bu məsələ ilə bağlı qeyd edib ki, bu çirkin əməllərə əl atmaq onların təcavüzkar siyasətinin təzahürüdür: “Bu siyasəti məntiqlə izah etmək mümkün deyil. Çünki, bu siyasət olduqca ziddiyyətlidir və bu siyasət Ermənistan üçün böyük təhlükə mənbəyidir. Çünki, mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarının bu vəziyyətdə qalması ilə barışmayacaq, işğalla barışmayacaq və əlindən gələni edəcək ki, öz ərazi bütövlüyünü bərpa etsin”.
    Bu gün Ermənistan ərazisindən atılan raketlə Gəncədə yaşayış binasının atəşə tutulması, çox sayda dinc sakinlərin qətlə yetirilməsi vandalizmin, vəhşiliyin son həddidir. Ancaq Azərbaycan həm beynəlxalq hüquq, həm də ədalət baxımından haqq yolundadır. Azrbaycan mülki əhali ilə müharibə aparmır. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin daim vurğuladığı kimi, “biz öz torpaqlarımızda vuruşuruq, Qarabağ Azəzbaycanındır, Qarabağ Azərbaycandır!» Bu sözlər reallığını diplomatiyanın gedişində də öz əksini tapır. Çünki biz heç bir zaman beynəlxalq hüquqları pozmur və insani dəyərlərə qiymət verərək müharibəmizi aparırıq. Ordumuz doğma torpaqlarımızın azadetmə missiyasını davam etdirir. Azərbaycan xalqı öz haqq müharibəsini aparır. Torpaqlarımızın azad olunmasında israrlıyıq və bu missiyadan xalqımızı heç kəs döndərə bilməz. Dövlət başçımız, Ali Baş Komandanımız İlham Əliyev cənabları bütün çıxışlarında dönə-dönə bildirib: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
    Bəli, bu gün hər birimiz o tarixi anları yaşayırıq və Liderimizin ətrafında tükənməz ruh yüksəkliyi ilə birləşmişik və hər an canımızdan, qanımızdan keçməyə hazırıq. Qarabağ Azərbaycandır və bayrağımız bütün işğal altından azad olunacaq ərazilərində qürurla dalğalanacaq. Düşmən isə bütün müvafiq qanunlar qarşısında törətdiyi cinayətlərinə görə cavab verəcək, mütləq cavab verəcək. Buna heç kimin şübhəsi olmasın.Bu gün hər bir Azərbaycan vətəndaşı üçün qürurverici haldır ki, Azərbaycan Ordusu üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir və çox tezliklə Azərbaycan bayrağının Qarabağımızın hər bir güşəsində dalğalanacağını görəcəyik! Qələbə bizimlədir! Ulu Tanrı Prezidentimizi, Güclü Ordumuzu, rəşadətli, igid əsgərlərimizi növbəti QƏLƏBƏ SORAĞI İLƏ QORUSUN!
    SEYFƏDDİN ƏLİYEV,
    YAP Masallı rayon təşkilatının sədri

    PAYLAŞ:

    Oxşar xəbərlər