Füzulidə DİN-in 3 əməkdaşı yol qəzasında həyatını itirib, altısı xəsarət alıb

Füzulidə DİN-in 3 əməkdaşı yol qəzasında həyatını itirib, altısı xəsarət alıb
  • Hadisə / Maraqlı

  • Sentyabrın 19-da saat 01:00 radələrində Füzuli rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Leqal.az-a bildirilib ki, yük avtomobilinin aşması nəticəsində DİN-in 3 əməkdaşı hadisə yerində həyatını itirib, 6 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər