Xocavənddə yük avtomobili minaya düşüb, sürücü və sərnişin həlak olub

Xocavənddə yük avtomobili minaya düşüb, sürücü və sərnişin həlak olub
  • Hadisə / Maraqlı

  • Sentyabrın 19-da saat 04:00 radələrində Xocavənd rayonu ərazisində yük avtomobilinin tank əleyhinə minaya düşməsi barədə polisə məlumat daxil olub.

    Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Leqal.az-a bildirilib ki, “Azəravtoyol” ASC-yə məxsus “Hovo” markalı yük avtomobilinin minaya düşməsi nəticəsində sürücü və sərnişini hadisə yerində həlak olub.

    Araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər