“Sədərək” Ticarət Mərkəzində yanğın tam söndürülüb

“Sədərək” Ticarət Mərkəzində yanğın tam söndürülüb
  • Hadisə / Maraqlı

  • Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində “Sədərək” ticarət mərkəzində baş vermiş yanğın tam söndürülüb. 

    Bu barədə LEQAL.AZ-a FHN-dən bildirilib.

    Yanğının mürəkkəbliyinə baxmayaraq, qüvvələrin əlaqəli və səmərəli tətbiqi, yanğınsöndürənlərin fədakarlığı sayəsində yanğının daha geniş sahəyə yayılmasına imkan verilməyib. 

    Hadisə ilə əlaqədar araşdırma aparılır.

    22:44

    “Sədərək” ticarət mərkəzində baş verən yanğın zamanı təhlükəsizlik tədbirlərinə cəlb olunan bir polis əməkdaşı tüstüdən zəhərlənib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

    Polis əməkdaşı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun müalicəsi davam etdirilir.

    Daha əvvəl TƏBİB-dən bildirilib ki, yanğın baş verməsi səbəbilə 1 nəfər tüstüdən zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib, iki nəfərə isə tüstüdən zəhərlənmə səbəbilə yerində yardım göstərilib.



    22:00

    “Sədərək” ticarət mərkəzində yanğın baş verməsi səbəbilə 1 nəfər tüstüdən zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib, iki nəfərə isə tüstüdən zəhərlənmə səbəbilə yerində yardım göstərilib.

    Bu barədə Oxu.Az-a TƏBİB-dən bildirilib.

    Qeyd edək ki, TƏBİB-in tabeliyindəki Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına saat 18:22 radələrində “Sədərək” ticarət mərkəzində yanğın olması ilə bağlı çağırış daxil olub.

    Yanğın səbəbilə hadisə yerinə 4 təcili tibbi yardım briqadası cəlb olunub.

    21:49

    Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş tədbirlər sayəsində Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğın məhdudlaşdırılıb.

    FHN-dən bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

    21:17

    “Sədərək” ticarət mərkəzində baş verən yanğın söndürülüb.

    DİN-dən bildirilib ki, Ticarət mərkəzinin yanğın olan və ona bitişik hissələri tam polis nəzarətinə götürülüb.

    Ticarət obyektləri və içərisində olan malların mühafizəsi təşkil edilib.

    21:12

    “Sədərək” ticarət mərkəzində yanğın söndürülüb.

    APA-nın xəbərinə görə, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev jurnalistlərə bildirib ki, yanğın söndürülüb, hazırda soyutma işləri aparılır.

    20:36

    Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir. 

    Bu barədə FHN-in Mətbuat xidmətindən bildirilib. 

    Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hazırda hadisə yerindədir.



    PAYLAŞ:

    Oxşar xəbərlər