Ukraynada ölən azərbaycanlının yaxınları axtarılır.
"Leqal.az" xəbər verir ki, bu barədə Lent.az-a açıqlamasında Ukrayna Azərbaycanlıları Radasının (UAR) baş katibi Ceyhun Məmmədov məlumat verib.
O bildirib ki, həmin azərbaycanlı sabah dəfn olunacaq: “Nikolayevdəki nümayəndəmizi morqa dəvət ediblər. Oraya bir azərbaycanlının meyiti gətirilib. Görünür ki, Nikolayevdə yaşayan azərbaycanlı deyil. Yol gedərkən raketin düşməsi nəticəsində həlak olub. Nəticədə onun meyiti tamamilə yanıb və tanınmaz haldadır. Sadəcə sol qolunda “ANA 81” döyməsi var.
C.Məmmədov qeyd edib ki, həmin adamın yaxınları axtarılır: “Kimin yaxını itkin düşübsə, maraqlansın. Biz onu çox morqda saxlaya bilmirik. Nikolayev nümayəndələri sabah onu müsəlmanlar qəbiristanlığında dəfn edəcək”.
13:54
“Ukraynanın Nikolayev şəhəri hazırda intensiv atəşə tutulur”.
Bunu APA-ya açıqlamasında Ukrayna Azərbaycanlıları Konqresinin Nikolayev vilayətində sədr müavini Adil Babayev bildirib.
A. Babayev deyib ki, raket zərbəsinə tuş gələn avtomobildə olan bir azərbaycanlı həyatını itirib, biri isə yaralanıb.