Ukrayna Silahlı Qüvvələrinin baş komandanı: “Rusiya gəmisi Moldovaya məxsus gəmini vurdu”

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı: “Rusiya gəmisi Moldovaya məxsus gəmini vurdu”
  • Hadisə / Dünya

  • Rusiya gəmisi Yujnı limanı ərazisində Moldovaya məxsus mülki gəmini vurub. Həmçinin ilkin məlumata görə, Panama bayrağı altında üzən gəmi vurulub.

    Bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı özünün “Facebook” səhifəsində məlumat verib.

    Qeyd edək ki, Zalujnı bundan əvvəl gəminin Rumıniya bayrağı altında üzdüyünü demişdi, ancaq sonradan onun Moldovaya məxsus gəmi olduğunu dəqiqləşdirib.

    16:44

    Qara dənizdə Rumıniyaya məxsus bunker gəmisi Rusiya gəmisi tərəfindən vurulub.

    Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı özünün “Facebook” səhifəsində bildirib.

    “Rumıniya bayrağı altında üzən “Millenium Spirit” bunkeri Yujnı limanından 12 mil aralıda Rusiya gəmisi tərəfindən vurulub. Vəziyyət araşdırılır, gəmi ilə heç bir əlaqə yoxdur”, - deyə məlumatda bildirilir.

    Zalujnı zədələnmiş gəminin fotosunu da paylaşıb.

    PAYLAŞ:

    Oxşar xəbərlər