Sumqayıtda baş vermiş xəstəxana yanğını zamanı 129 nəfər təxliyə olunub

Sumqayıtda baş vermiş xəstəxana yanğını zamanı 129 nəfər təxliyə olunub
  • Hadisə

  • Sumqayıtdakı 4 nömrəli xəstəxanada baş vermis yanğın tamamilə söndürülüb.

    "Leqal" xəbər verir ki, sözügedən tibb müəssisəinin bir hissəsində məcburi köçkünlər məskunlaşıb, digər hissəsi isə xəstəxana kimi fəaliyyət göstərib.

    Hadisə zamanı 32 nəfər xəstə, xəstəxanın 16 işçisi və 81 nəfər məcburi köçkün təxliyə olunub.

    İnsident zamanı ölən olmayıb.

    19:58

    Sumqayıtda xəstəxanada baş vermiş yanğın söndürülüb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər verib.

    Məlumata görə, yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    Əlavə məlumat veriləcək.

    19:55

    Sumqayıtda xəstəxanada yanğın başlayıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində xəstəxana binasında yanğın olması barədə məlumat daxil olub.

    Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

    Hazırda yanğının söndürülməsi digər zəruri tədbirlərin görülməsi istiqamətində işlər davam etdirilir.

    Əlavə məlumat veriləcək.


    PAYLAŞ:

    Oxşar xəbərlər