Bakıda gənc qız dəm qazından zəhərlənib. Hadisə Xətai rayonunda qeydə alınıb. 1997-ci il təvəllüdlü Samirə Habil qızı Sultanova Polad Həşimov küçəsində yaşadığı evdə dəm qazından zəhərlənib. Zərərçəkən təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Digər dəm qazından zəhərlənmə hadisəsi Gəncədə baş verib. Belə ki, Gəncə şəhərinin Məhsəti qəsəbəsində 1960-cı il təvəllüdlü Z.Əsgərov dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb. Həkimlər tərəfindən tibbi yardım alan şəxsin vəziyyəti kafi qiymətləndirilir. Hadisənin onun yaşadığı evdə qızdırıcı kimi istifadə olunan qazla çalışan sobanın anidən sönməsi səbəbindən baş verdiyi bildirilir.
Hər iki faktla bağlı araşdırmalar aparılır.