Biləsuvar rayonunun İsmətli kəndində intihar hadisəsi qeydə alınıb.
"Leqal" xəbər verir ki, həmin kəndin sakini, 1972-ci il təvəllüdlü Vüqar Bulud oğlu Dövlətov “Neastol” adlı kimyəvi məhlul içib.
O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır./report