Paytaxtın Masazır qəsəbəsində 11 yaşlı yeniyetmə bıçaqlandı

Paytaxtın Masazır qəsəbəsində 11 yaşlı yeniyetmə bıçaqlandı
  • Hadisə

  • Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

    LEQAL.AZ reporta-a istinadən xəbər verir ki, hadisə rayonun Masazır qəsəbəsində qeydə alınıb.

    Belə ki, 2009-cu il təvəllüdlü Məmmədov Amin Rəvan oğlu kürək nahiyəsindən tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

    Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun kürək nahiyəsində bir ədəd kəsilmiş-deşilmiş, daxilə nüfuz etmiş bıçaq yarası aşkarlanıb.

    Yeniyetmə əməliyyat olunub. Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər