Rusiyanın Yekaterinburq şəhərində metanol spirtindən zəhərlənərək ölənlərin sayı artıb. TASS agentliyinin yaydığı məlumata görə, ölənlərin sayı 18-ə çatıb.
Faktla bağlı cinayət işi açılıb. Artıq iki nəfər saxlanılıb.
***
19:18
Rusiyanın Yekaterinburq şəhərində 16 nəfər metanol spirtindən zəhərlənərək ölüb. Bunu TASS agentliyinə “Vahid Rusiya” Partiyasının Sverdlovsk üzrə layihə koordinatoru Dmitri Çukreyev deyib. O bildirib ki, hadisə şəhər bazarlarından birində baş verib.
Faktla bağlı cinayət işi açılıb. Bazar sahibi saxlanılıb.
Mənbə: virtualaz.org